1. Bakı - Qobustan - Palçıq vulkanları (5 saat):
Turun növü: tarixi, ekoloji.
Proqram:
Bakıdan çıxış; Qobustan tarixi-bədii qoruğuna gəliş; qoruqda ekskursiya; "İbtidai
insan" muzeyinə baxış; Qoruqdan çıxış və Palçıq vulkanlarına ekskursiya; Bakıya
qayıdış.
Görməli yerlər:
" Qobustan tarixi-bədii qoruğu: Mezolit və neolit dövrünə (12-8 min il bundan əvvəl) aid qədim insan məskənidir. Burada dünyanın ən nadir və zəngin qədim qaya rəsmlərinə tamaşa etmək olar. Burada olmuş məşhur Norveç səyyahı Tur Xeyerdal daş üzərində həkk olunmuş qayıq rəsmlərinin tədqiq edərək nəticəyə gəlmişdir ki, dünyanın ilk dənizçiləri məhz Azərbaycanda olmuşdur.
" Palçıq vulkanları: Unikal təbiət inciləridir. Azərbaycan palçıq vulkanlarının sayına görə (250) dünyada birinci yer tutur. Palçıq vulkanlarının zəngin mineral tərkibi müalicəvi əhəmiyyətə malikdir. Hələ orta əsrlər dövründə qaynayan vulkandan çıxan palçıq tikintidə yapışdırıcı maddə kimi istifadə edilib.
Turun müddəti: 5 saat.
Qaya rəsmləri
|
Qobustan
|
Palçıq vulkanları
|
| |
|