I GÜN:
Günün birinci yarısı:Səhər yeməyi (oteldə); Bakı şəhərində ekskursiya: 1. Dağüstü park; Mərkəzi küçə və meydanlar; 3. İçəri şəhər; 4. Qız qalası; 5. Şirvanşahlar sarayı; 6. Xalçaçılıq muzeyi; 7. Karvansara restoranında milli çay süfrəsi və nahar yeməyi.
Günün ikinci yarısı: Abşeron yarımadasında ekskursiya: 1. Atəşgah (orta əsrlərə aid zərdüştilik məbədi); 2. Yanardağa (qazın təbii şəkildə üzə çıxması nəticəsində alovlanan dağ) ekskursiya.; 3. Milli mətbəx yeməklərindən ibarət şam yeməyi və folklor şou proqramı.
Bakı şəhəri
|
Şirvanşahlar sarayı
|
Qız qalası
|
Yanar dağ
|
GÜN:
Günün birinci yarısı:Səhər yeməyi (oteldə); Ekskursiya: Qobustan tarixi-bədii qoruğuna ekskursiya və neolit dövrünə aid nadir qaya rəsmləri kolleksiyasına baxış: 2. Palçıq vulkanlarına ekskursiya. 3. Nahar yeməyi.
Günün ikinci yarısı: Azad vaxt. Şam yeməyi.
Qobustan
|
Qobustan
|
Palçıq vulkanları
|
GÜN 3:
Günün birinci yarısı: Səhər yeməyi (oteldə); Oteldən çıxış və "İpək Yolunun Kaspi Qapıları" marşrutu üzrə tur: 1. Beşbarmaq dağı (Əfsanəyə görə burada həmişə diri olan Xızır peyğəmbər yaşamışdır və uzunluğu 36 km olan qədim qoruyucu sədd buradan keçmişdir); 2. Dəvəçi şəhəri və tarix muzeyi; 3. Qala Altı istirahət zonasına gəliş və oteldə yerləşmə. 4. Nahar yeməyi.
Günün ikinci yarısı:Çıraq Qalaya ekskursiya (4 əsrdə inşa edilmiş bu alınmaz qala 163 km uzunluğu ilə dünyada ikinci olan Gil-gilçay qoruyucu səddinin baş istehkamı olmuşdur); 2. Meşədə gəzinti və təbiət qoynunda istirahət. 3. Şam yeməyi.
Beşbarmaq
|
Qala Altı
|
Çıraq Qala
|
Çıraq Qala
|
GÜN 4:
Günün birinci yarısı: Səhər yeməyi (oteldə); Oteldən çıxış və Quba-Xınalıq istiqamətində tur: 1. Qədim Şabran şəhərinin qalıqlarına baxış; 2. Guba şəhərindən keçərək Qəçrəşə gəliş, oteldə yerləşmə, çay və şirniyyat süfrəsi (Guba və Qəçrəş gözəl təbiəti ilə məşhurdurlar); 3. Xınalığa tur (Avropada ən yüksək yaşayış məntəqəsi sayılan Xınalıq kəndinə yol əsrarəngiz təbiətlə əhatələnmişdir); 4. Xınalığa gəliş və yerli mətbəxdən ibarət nahar yeməyi (buranın qoyun pendiri və dağ kəklik otundan dəmlənilmiş çayı çox dadlıdır).
Günün ikinci yarısı:1. Xınalıqda ekskursiya və yerli etnoqrafiya ilə tanışlıq (Xınalıq kəndi hələ bizim eramızdan əvvəl salınıb və unikal xınalıq etnosunun və dilinin dünyada təkrarı yoxdur. Buranın havası o qədər safdır ki, qurudulmuş ət, un, düyü illərlə xarab olmur); 2. Alp çəmənliklərindən yığılmış müalicəvi otlardan dəmlənilmiş çay süfrəsi; 3. Otelə qayıdış və nahar yeməyi.
Şabran
|
Qudyalçay kanyonu
|
Xınalıq-Nazlı bulaq
|
Xınalıq
|
GÜN 5:
Günün birinci yarısı: Səhər yeməyi (oteldə); Oteldən çıxış və Qusar-Laza istiqamətində tur: 1. Laza kəndinə gəliş (1300 metr hündürlükdə yerləşən bu kənddə rəngarəng folklor ənənəsinə malik etnik ləzgilər yaşayırlar. Buranın təbiəti, gözəl dağ şəlalələri insanı valeh edir). 2. Kənddə ekskursiya və nahar yeməyi.
Günün ikinci yarısı: 1. "Suvar" istirahət mərkəzinə gəliş və oteldə yerləşmə ("Suvar" Azərbay- canın ikinci hündür dağı olan "Şahdağın" – 4242 metr - ətəyində yerləşir və buradan qarla örtülmüş Böyük Qafqaz dağlarına gözəl panorama açılır); 2. Şam yeməyi.
Laza kəndi
|
Laza kəndi
|
Laza kəndi
|
GÜN 6:
Günün birinci yarısı: Səhər yeməyi (oteldə); Oteldən çıxış və Bakıya qayıdış. 1. Oteldə yerləşmə və nahar yeməyi.
Günün ikinci yarısı:1. Azad vaxt.
Xidmətlər:
- Transfer (aeroport-otel-aeroport);
- Oteldə yerləşmə;
- Proqram üzrə qidalanma;
- Proqram üzrə ekskursiya;
- İngilis/alman/yapon dilli bələdçi;
- Nəqliyyat;