FƏRDİ TURLAR
AZƏRBAYCAN
HƏFTƏSONU TURLAR
1. Marşrut: Bakı - Şamaxı - Qəbələ - Şəki
Turun növü: tarixi, ekoloji, etnoqrafik.
Proqram: I GÜN:Günün birinci yarısı: Bakıdan çıxış; yolda "Diri Baba" türbəsini ziyarət etmək, Şamaxı şəhərində dayanmaq (Cümə məscidini ziyarət etmək, şəhər haqqında tarixi məlumat); Qəbələyə transfer. Nahar yeməyi;
Günün ikinci yarısı: Çuxur Qəbələyə tur və Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin qalıqlarına baxış; Şəkiyə gəliş və oteldə yerləşmə; Azad vaxt; Şam yeməyi (Şəki yeməkləri);
II GÜN: Günün birinci yarısı: Səhər yeməyi; Görməli yerlərə gəzinti (Şəki Xan sarayı, Tarix muzeyi və əl işləri nümunələri, məscidlər), Kiş kəndinə ekskursiya və Qafqazın ilk kilsəsini ziyarət etmək (I əsr); Nahar yeməyi; Günün ikinci yarısı:
Şəkidən çıxış; Bakıya transfer.
Turun qiyməti (bir nəfər üçün)
| 2 nəfər |
4 nəfər |
6 nəfər |
8 nəfər |
10 nəfər |
| 250 |
190 |
175 |
150 |
120 |
Şamaxı.Cümə məscidi
|
Qədim Qəbələ şəhəri
|
Şəki ətrafı
|
Qiymətə daxildir:1. Oteldə yerləşmə; 2. Nəqliyyat; 3. Bütün giriş haqqları;
4. Bələdçi; 5. Proqram üzrə qidalanma (3 dəfə).
XÜSUSİ TUR
"İpək yolunun Kaspi qapıları"
1. Marşrut: Bakı - Beşbarmaq - Çıraq Qala - Şabran - Quba - Xınalıq
Turun növü: tarixi, ekoloji, etnoqrafik.
Proqram: I GÜN:Günün birinci yarısı: Beşbarmaq dağı ( əfsanəvi ölməz Xızır peyğəmbər burada yaşamışdırş. Bu ərazidən uzunluğu 36 km olan müdafiə divarı keçirdi.); 2. Dəvəçi şəhərini ziyarət etmək; 3. Qala altı istirahət mərkəzinə gəliş; 4. Nahar yeməyi.
Günün ikinci yarısı: Çıraq qalaya səfər (Gil-gilçay müdafiə qalasında əsas istehkam səddi kimi fəaliyyət göstərmiş bu qala uzunluğuna görə dünyada ikinci yerdədir - 163 km); Çıxış. Quba-Xınalığa gedən yolda: 1. Qədim Şabran şəhərini ziyarət; 2. Quba şəhərindən keçməklə Qəçreşə gəlmək, oteldə yerləşmək, şirniyyatla çay fasiləsi (Quba və Qəçreş təbiətinə görə çox məşhurdurlar); 3. Şam yeməyi.
II GÜN: Günün birinci yarısı:Səhər yeməyi (oteldə); 1.Xınalığa tur (Xınalığa gedən yol dərin çay kanyonundan keçir və valehedici landşaftla əhatə olunmuşdur.); 4. Xınalığa gəlmək və herbal çay süfrəsi.
Günün ikinci yarısı:: 1. Xınalıqda tur vəyerlə etnosla tanışlıq (Xınalıq kəndi eramızdan əvvəl salınmışdır. Əhalinin dili və mədəniyyəti unikaldır); 2.Nahar yeməyi; Bakıya transfer.
Turun qiyməti (bir nəfər üçün)
| 2 nəfər |
4 nəfər |
6 nəfər |
8 nəfər |
10 nəfər |
| 250 |
200 |
190 |
150 |
135 |
Çıraq qala
|
Xınalıq kəndi
|
Xınalıq kəndi
|
Qiymətə daxildir:1. Oteldə yerləşmə; 2. Nəqliyyat; 3. Bütün giriş haqqları;
4. Bələdçi; 5. Proqram üzrə qidalanma (3 dəfə).
| |
|