AZƏRBAYCAN: BİR GÜNLÜK TURLAR - 6
  Azərbaycan haqqında
 
  AZƏRBAYCAN
  Tur proqramlar
  Aylıq turlar
  Həftəsonu turlar
  Qrup turları
  Fərdi turlar
  Biznes turları
 
  Otellər
  İstirahət mərkəzləri
  Sanatoriyalar
  Sutkalıq evlər
  Kənd evləri
 
  Nəqliyyat xidməti
 
  Səyahətçilər klubu
 
  Qalereya
 
  XARİCİ SƏYAHƏTLƏR
  Ölkələr
  Otel rezervasiya sistemi
  Biznes turları
 
Valyuta kursu
1 USD 0.85 AZN
1 EUR 1.25 AZN
1 RUR 0.035 AZN



6. Bakı - Beşbarmaq - Şabran - Quba - Qəçrəş:

Turun növü: tarixi, ekoloji.

Proqram:
Bakıdan çıxış; "Kaspi Qapıları" marşrutu üzrə ekskursiya;

Beşbarmaq dağını ziyarət; qədim Şabran şəhərinin qalıqlarına

baxış; Qubaya gəliş və şəhər haqqında tarixi məlumat; Qəçrəşə

gəliş və nahar yeməyi; təbiət qoynunda istirahət; Bakıya qayıdış.

Görməli yerlər: 

" Dəvəçi:Qədimlərdə şimal ticarət yolu üzərində karvansaraların yerləşdiyi bu ərazi sonradan böyük yaşayış məskəninə çevrilmişdir. Bu gün bu ərazidə Dəvəçi şəhəri yerləşir. Əvvəllər isə, tarixçilərin qənaətinə görə burada məşhur Şirvan şəhəri yerləşmişdir. Bu qədim şəhərin maraqlı tarixi var. Ərazinin ən böyük şəhərlərindən, böyük Şir- van vilayətinin mərkəzi olmuşdur Şirvan. Maraqlıdır ki, X əsrə qədər bu şəhər böyük ticarət mərkəzi kimi səy- yahların kitablarında tez-tez hallanır, sonrakı əsrlərdə isə onun adı tarixi yazılarda bir daha rast gəlinmir. Şə- hərdə nə baş vermişdir? Bəzi tarixçilər çay sahilində yerləşən şəhərin birdən-birə yox olmasını güclü çay daşqını ilə bağlayırlar. Bu ərazilər məşhur xalçaları və ətirli çörəyi ilə məşhur olmuşdur. Dağlıq Pirəbədil kəndi dünyada gözəl naxışlı Pirəbədil xalçası ilə ad qazan- mışdır. Şəhər mərkəzində yerləşən tarix muzeyində maraqlı eksponatlar toplanmışdır.

" Şabran:Tarixi mənbələrdə Şabran şəhərinin əsasının V əsrdə qoyulduğu göstərilir. Mühüm ticarət-karvan yolu üzərində yerləşən Şabran ipək ticarəti mərkəzlərindən idi. Orta əsr- lərdə böyük zərbxanalardan biri də Şabranda idi. Şabranda İX əsrə aid kanalizasiya sistemi aşkar edilmişdir. Liman şəhəri kimi məşhur olan bu şəhərdə həm də olduqca qiy- mətli çəltik növləri yetişdirilirdi. Şəhər XVIII əsrin əvvəl- lərinə kimi mövcud olmuşdur. Şabran YUNESKO tərəfin- dən dünyanın ən qədim şəhərli siyahısına salınmışdır.

" Quba:Quba rayonu ərazisində olduğunuzu saf havasından biləcəksiniz. Rayona yaxınlaşarkən, qarşıda sol tərəfdə yaşıl örtüklü əsrarəngiz dağların arasından Qafqaz dağları- nın ən uca zirvələrindən olan və hər zaman qarla örtülmüş Şahdağ zirvəsi görünür. Quba əsrarəngiz təbiəti, qonaqpər- vərliyi, ətirli alması və gözəl xalçaları ilə məşhurdur. Qədim- lərdə rayonun ərazisi Qafqaz Albaniyasının tərkibində olan Çola vilayətinə daxil idi. 18-ci əsrdə mərkəzi Xudat qalası olan Quba xanlığı yaranır. Sonradan Hüseyn Əli xan mərkəzi Quba şəhərinə keçirir və burada qala divarları ucaldır. Bir zaman burada olmuş məşhur fransız yazıçısı Aleksandr Düma rayon haqqında xoş xatirələr qoymuşdur. Qubanın Çiçi və Ağgül adlı xalçaları bütün dünyada məşhurdur. Ra- yonun ərazisində unikallığı ilə seçilən Şahdağ etnik qrupu yerləşir. Bu qrupa xınalıqlılar, buduqlular və qrızlar aiddir.

" Qəçreş:Təbiət qoynunda istirahət həvəskarları üçün əsil cən- nətdir. Qudyalçayın kənarında, sıx meşə ilə örtülmüş dağ ətəyi ərazidə yerləşən Qəçrəş kəndi turistlərin sevimli isti- rahət yeridir. Hətta yayın ən isti vaxtında bələ burada sərin və saf hava olur. Burada bir çox istirahət mərkəzi, restoran və çayxanalar yerləşir.


Turun müddəti: 10 saat.


Qədim Şabran şəhəri

Quba.Qırmızı qəsəbə	

Şahdağ
   
Azərbaycan      Tur proqramlar     Aylıq turlar     Həftəsonu turlar     Qrup turlar     Fərdi turlar     Otellər      İstirahət mərkəzləri     Sanatoriyalar
Sutkalıq evlər     Kənd evləri      Nəqliyyat sistemləri     Səyahətçilər klubu     Qalereya     Xarici ölkələr       Otel reservasiya sistemi     Ölkələr