3. Bakı - Mərəzə - Şamaxı - Qəbələ:
Turun növü: tarixi, ekoloji.
Proqram:
Bakıdan çıxış; Mərəzədə "Diri Baba" türbəsinə baxış;Şamaxı
şəhərinə gəliş, Cümə məscidinə baxış (şəhər haqqında tarixi
məlumat); Qəbələyə gəliş, təbiət qoynunda istirahət və nahar
yeməyi; Çuxur Qəbələyə tur və Qafqaz Albaniyasının paytaxtı
olmuş qədim Qəbələ şəhərinin qalıqlarına baxış; Bakıya qayıdış.
Görməli yerlər:
" "Diri Baba" türbəsi:15-ci əsrdə inşa edilmiş və unikal tikiliş formasına malik türbədir. Tarixi məlumatlara görə bu ərazidə yaşamış məşhur bir şeyxin şərəfinə ucaldılmışdır. Ölümündən sonra türbədə saxlanılan bu şeyxin bədəni uzun müddət çürü- məyərək qalmış, sonra isə qeyb olmuşdur. Türbənin yerləşdiyi Mərəzə şəhərini soyuq və qarlı qış iqliminə görə "Şərqin Sibiri" adlandırırlar.
" Şamaxı:Yaşı üç min ildən artıq olan bu şəhər hələ qədim dövrlərdən şərqin ən böyük şəhərlərindən olmuşdur. Orta əsrlər dövründə Azərbaycanın paytaxtı, qədim ipəkçilik, xalçaçılıq mərkəzi və İpək Yolu üzərində yerləşən əsas ticarət mərkəz- lərindən biri olmuşdur Şamaxı. Qafqazda qədimliyinə görə ikinci olan cümə məscidi, "Yeddi kümbəz", Gülüstan və Qaley Buğurd qalaları maraqlı obyektlərdir. Şamaxı ipəyi bütün dünya- da məşhur olmuşdur.
" Qəbələ:;:Şəhər eramızdan əvvəl 4-cü əsrdə Azərbaycan ərazisində yaranmış Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Təxminən 10 əsr ərzində Qəbələ Azərbaycanın birinci şəhəri statusunu saxlamışdır. Qədim şəhərinin qalıqları indi də qalmaqdadır. Müasir Qəbələ rayonu gözəl təbiətə malik- dir və əsas turizm mərkəzlərindəndir. Rayon ərazisində yerlə- şən Nic kəndində hələ Qafqaz Albaniyası dövründə məşhur olmuş və xristian dininə etiqad edən Udin etnik qrupu yaşayır. Nic kəndində 17-ci əsrə aid Cotari Alban məbədi qalmaqdadır.
Turun müddəti: 10 saat.
Diri Baba türbəsi
|
Şamaxı.Cümə məscidi
|
Qədim Qəbələ şəhəri
|
| |
|