AZƏRBAYCAN: BİR GÜNLÜK TURLAR - 2
  Azərbaycan haqqında
 
  AZƏRBAYCAN
  Tur proqramlar
  Aylıq turlar
  Həftəsonu turlar
  Qrup turları
  Fərdi turlar
  Biznes turları
 
  Otellər
  İstirahət mərkəzləri
  Sanatoriyalar
  Sutkalıq evlər
  Kənd evləri
 
  Nəqliyyat xidməti
 
  Səyahətçilər klubu
 
  Qalereya
 
  XARİCİ SƏYAHƏTLƏR
  Ölkələr
  Otel rezervasiya sistemi
  Biznes turları
 
Valyuta kursu
1 USD 0.85 AZN
1 EUR 1.25 AZN
1 RUR 0.035 AZN



2. Bakı- Beşbarmaq- Dəvəçi- Qala Altı- Çıraq Qala:

Turun növü: tarixi, ekoloji.

Proqram:
Bakıdan çıxış; "Kaspi Qapıları" marşrutu üzrə ekskursiya; 

Beşbarmaq dağını ziyarət; Dəvəçi şəhərinə gəliş, tarixi-

coğrafi məlumat və tarix muzeyinə baxış; Qala Altı istirahət 

zonasına gəliş və nahar yeməyi; Çıraq Qalaya ekskursiya;

Bakıya qayıdış.


Görməli yerlər: 

" "Kaspi Qapıları" :Bakıdan Xəzər dənizi sahili boyunca şimala doğru uzanan böyük bir ərazi qədimlərdə "kaspilərin ərazisi" adlanmışdır. Hələ 2800-2500 il bundan əvvəl bu ərazidə məşhur Kaspi qəbiləsi məskunlaşmışdır. Tarixi qaynaqlara görə kaspi qəbiləsinin məskun- laşdığı vilayət olduqca zəngin, özləri isə igid və döyüşkən idilər. Də- nizin sahil boyu ərazisində uzun müddət yaşadıqları və böyük nüfuza malik olduqları üçün dəniz də kaspilərin adı ilə Kaspi dənizi adlandırıl- mışdır. Bəzi qədim yunan tarixçiləri Qafqaz dağlarını da Kaspi dağları adlandırırdılar. Qədim İpək Yolunun bir qolu məhz buradan keçmişdir.

" Beşbarmaq:Dənizdən bir qədər aralı, məşhur Beşbarmaq dağının arxasında qədim dövrlərdə Xursanqala adlı şəhərcik mövcud olmuşdur. Uzunluğu 36 km olan, dəniz sahilindən baş götürərək, Qafqaz dağlarının keçilməz aşırımlarında sona çatmış qədim Beşbarmaq qoruyucu səddi də bura- dan keçmişdir. Beşbarmaq dağı həm də ziyarətgah kimi də məşhurdur. Hər il minlərlə ziyarətçi bu yerə səfər edir. Əfsanələrə görə həmişə diri peyğəmbər sayılan Xızır peyğəmbər burada yaşamışdır. Onun adı qədim yunan qaynaqlarında və Qurani Kərimdə qeyd olunur. Əfsanələrin birində deyilir ki, dirilik bulağını tapmaq arzusunda olan Makedoniyalı İsgəndər Xızır peyğəmbərə müraciət edir. Xızır onu iki bulağın başına aparır. Bu- laqlardan birindən süd, digərindən isə bulanlıq su daşırdı. İsgəndərə yalnız bir bulaqdan dadmaq imkanı verilmişdir və o, südlü bulağı seçim edir. Xızır isə bulanlıq sudan dadır. Dirilik suyu bulanlıq suyu olan bulaqdan daşdığı üçün Xızır peyğəmbər ölməzlik əldə edir, İsgəndər isə məyus qalır. Beş- barmaq dağının zirvəsindəki qaya parçasının üzərində olan nazik çatdan göz yaşı kimi su çıxır. Bəzən quruyan, bəzən isə yenidən axmağa başla- yan bu möcüzəli bulağın sirri heç kimə məlum deyil. Bəlkə Xızır peyğəm- bərin daddığı dirilik suyunun nişanəsidir bu?

" Dəvəçi:Bu gənc şəhərin yerində əvvəllər bazar və karvansaralar yerləşmişdir. Ehtimal olunur ki, XII əsrə qədər qaynaqlarda adı çəkilən və şərqin ən böyük şəhərlərindən biri olan Şirvan şəhəri bu ərazidə yerləşmişdir. Bu qədim şəhərin maraqlı tarixi var. Ərazinin ən böyük şəhərlərindən, böyük Şirvan vilayətinin mərkəzi olmuşdur Şirvan. Maraqlıdır ki, X əsrə qədər bu şəhər böyük ticarət mərkəzi kimi səyyahların kitablarında tez-tez hallanır, sonrakı əsrlərdə isə onun adı tarixi yazılarda bir daha rast gəlinmir. Şəhərdə nə baş vermişdir? Bəzi tarixçilər çay sahilində yerləşən şəhərin birdən-birə yox olmasını güclü çay daşqını ilə bağlayırlar. Bu ərazilər məşhur xalçaları və ətirli çörəyi ilə məşhur olmuşdur. Dağlıq Pirəbədil kəndi dünyada gözəl naxışlı Pirəbədil xalçası ilə ad qazanmışdır.

" Qala altı:Müalicəvi əhəmiyyətinə görə ölkənin ən məşhur sanatoriyalarından biri gözəl təbiətlə əhatələnmiş bu ərazidə yerləşir. Buranın saf havası və kükürdlü bulaq suyunun insan orqanizminə müalicəvi təsiri var.

" Çıraq Qala:IV-V əsrlərdə tikilmiş bu alınmaz qala dünyada uzunluğuna görə (163 km) ikinci olan Gil-gilçay qoruyucu səddinin baş istehkamı olmuşdur. Çıraq Qaladır dörd tərəfdən qranit qaya və dərin yarğanla dövrələnir. Qaladan ətraf ərazilərə gözəl panorama açılır. Qədimlərdə xeyir və şər məlumatları qonşu ərazilərə çatdırmaq məqsədi ilə qalanın zirvəsində gecələr tonqallar qalanarmış.


Turun müddəti: 10 saat.


Beşbarmaq dağı	

Qala altı	
   
Azərbaycan      Tur proqramlar     Aylıq turlar     Həftəsonu turlar     Qrup turlar     Fərdi turlar     Otellər      İstirahət mərkəzləri     Sanatoriyalar
Sutkalıq evlər     Kənd evləri      Nəqliyyat sistemləri     Səyahətçilər klubu     Qalereya     Xarici ölkələr       Otel reservasiya sistemi     Ölkələr