AZƏRBAYCAN: İKİ GÜNLÜK TURLAR - 1
  Azərbaycan haqqında
 
  AZƏRBAYCAN
  Tur proqramlar
  Aylıq turlar
  Həftəsonu turlar
  Qrup turları
  Fərdi turlar
  Biznes turları
 
  Otellər
  İstirahət mərkəzləri
  Sanatoriyalar
  Sutkalıq evlər
  Kənd evləri
 
  Nəqliyyat xidməti
 
  Səyahətçilər klubu
 
  Qalereya
 
  XARİCİ SƏYAHƏTLƏR
  Ölkələr
  Otel rezervasiya sistemi
  Biznes turları
 
Valyuta kursu
1 USD 0.85 AZN
1 EUR 1.25 AZN
1 RUR 0.035 AZN



1. Bakı -Şabran - Quba - Qəçrəş - Xınalıq:

Turun növü: tarixi, etnoqrafik, ekoloji.

Proqram:
1-ci gün:

Bakıdan çıxış; "Kaspi Qapıları" marşrutu üzrə ekskursiya; Beşbarmaq 

dağını ziyarət; Qədim Şabran şəhərinin qalıqlarına baxış; Qubaya gəliş 

və şəhər haqqında tarixi məlumat; Qəçrəşə gəliş və oteldə yerləşmə; 

nahar yeməyi; Azad vaxt; Şam yeməyi.

2-ci gün:

Qudyalçay kanyonu boyunca tur; Xınalıq kəndinə gəliş və ekskursiya; 

Nahar yeməyi; Bakıya qayıdış.
Görməli yerlər:

" Şabran:Tarixi mənbələrdə Şabran şəhərinin əsasının V əsrdə qoyulduğu göstərilir. Mühüm ticarət-karvan yolu üzərində yerləşən Şabran ipək ticarəti mərkəzlərindən idi. Orta əsr lərdə böyük zərbxanalardan biri də Şabranda idi. Şabranda IX əsrə aid kanalizasiya sistemi aşkar edilmişdir. Liman şəhəri kimi məşhur olan bu şəhərdə həm də olduqca qiy mətli çəltik növləri yetişdirilirdi. Şəhər XVIII əsrin əvvəlləri nə kimi mövcud olmuşdur. Şabran YUNESKO tərəfindən dünyanın ən qədim şəhərli siyahısına salınmışdır.

" Quba:Quba rayonu ərazisində olduğunuzu saf havasından biləcəksiniz. Rayona yaxınlaşarkən, qarşıda sol tərəfdə yaşıl örtüklü əsrarəngiz dağların arasından Qafqaz dağları nın ən uca zirvələrindən olan və hər zaman qarla örtülmüş Şahdağ zirvəsi görünür. Quba əsrarəngiz təbiəti, qonaqpər vərliyi, ətirli alması və gözəl xalçaları ilə məşhurdur. Qədim lərdə rayonun ərazisi Qafqaz Albaniyasının tərkibində olan Çola vilayətinə daxil idi. 18-ci əsrdə mərkəzi Xudat qalası olan Quba xanlığı yaranır. Sonradan Hüseyn Əli xan mərkəzi Quba şəhərinə keçirir və burada qala divarları ucaldır. Bir zaman burada olmuş məşhur fransız yazıçısı Aleksandr Düma rayon haqqında xoş xatirələr qoymuşdur. Qubanın Çiçi və Ağgül adlı xalçaları bütün dünyada məşhurdur. Ra yonun ərazisində unikallığı ilə seçilən Şahdağ etnik qrupu yerləşir. Bu qrupa xınalıqlılar, buduqlular və qrızlar aiddir.

" Qəçreş:Təbiət qoynunda istirahət həvəskarları üçün əsil cən- nətdir. Qudyalçayın kənarında, sıx meşə ilə örtülmüş dağ ətəyi ərazidə yerləşən Qəçrəş kəndi turistlərin sevimli isti rahət yeridir. Hətta yayın ən isti vaxtında bələ burada sərin və saf hava olur. Burada bir çox istirahət mərkəzi, restoran və çayxanalar yerləşir.

" Xınalıq:Dünyanın müxtəlif yerlərindən turistlər öz unikallığı ilə seçilən Xınalıq kəndini görməyə gəlirlər. Xınalıq kəndində etnik xınalıqlılar yaşayırlar. Xınalıqlılar özlərini ketçş adlan dırırlar. Böyük Qafqaz dağlarının 2300 metr yüksəkliyində yerləşir Xınalıq kəndi Avropada ən hündür yaşayış məntə qəsidir. Kənd əhalisi dünyada ona oxşarı olmayan unikal bir dildə danışır. Xınalıq kəndi hələ bizim eramızdan əvvəl salınıb. Xınalıqlıların əcdadları barədə qədim yunan tarixçi ləri Strabon və Plininin əsərlərində rast gəlinir. Qədim dövr lərdən bəri, indiki xınalıqlıların həyat tərzində çox da böyük dəyişikliklər baş verməmişdir. Xınalıqlılar özlərini Nuh pey ğəmbərin nəslindən sayırlar. Xınalıqlıların fikrincə, Nuh pey ğəmbərin tufanı dövründə Ketçş kəndi Ketçş dağlarında yer ləşirdi. Sonradan Allah tərəfindən törədilən zəlzələ zamanı orada heç bir ev salamat qalmamışdır. Əhalinin çox hissəsi tələf olmuşdur. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpə yə qalxmışlar. Beləliklə Xınalıq yaranmışdır. Xınalıqlılar he sab edirlər ki, tufandan sonra Nuhun oğulları Sim və Xam müxtəlif yerlərə köç etdilər və yalnız Yafət öz oğulları ilə hə min yerlərdə qaldı. Və buradan Qafqaz xalqı törədi. Həqiqətən 2300 metr yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümükləri burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir. Xınalıq dilinin heç bir dialekt və ləhcəsi yoxdur. Qədimlərdə atəşpərəst olan xı nalıqlılar indi islam dininə sitayiş edirlər. Xınalıq özünəməxsus adət-ənənələrə malikdir.




       Şahdağ


    Xınalıq kəndi


    Xınalıq kəndi
   
Azərbaycan      Tur proqramlar     Aylıq turlar     Həftəsonu turlar     Qrup turlar     Fərdi turlar     Otellər      İstirahət mərkəzləri     Sanatoriyalar
Sutkalıq evlər     Kənd evləri      Nəqliyyat sistemləri     Səyahətçilər klubu     Qalereya     Xarici ölkələr       Otel reservasiya sistemi     Ölkələr