8. Bakı - Şabran - Nabran:
Turun növü: tarixi, dəniz kənarında istirahət.
Proqram:
I Gün:
Günün birinci yarısı: Bakıdan çıxış; Qıdim Şabran şəhərinin qalıqlarına
baxış; Nabran istirahət zonasına gəliş və oteldə yerləşmə; nahar yeməyi.
Günün ikinci yarısı: azad vaxt (dəniz kənarında istirahət); şam yeməyi.
II Gün:
Günün birinci yarısı: səhər yeməyi; azad vaxt (dəniz kənarında istirahət);
Bakıya qayıdış.
Görməli yerlər:
" Şabran:Tarixi mənbələrdə Şabran şəhərinin əsasının V əsrdə qoyulduğu göstərilir. Mühüm ticarət-karvan yolu üzərində yerləşən Şabran ipək ticarəti mərkəzlərindən idi. Orta əsrlərdə böyük zərbxanalardan biri də Şabranda idi. Şabranda IX əsrə aid kanalizasiya sistemi aşkar edilmişdir. Liman şəhəri kimi məşhur olan bu şəhərdə həm də olduqca qiymətli çəltik növləri yetişdirilirdi. Şəhər XVIII əsrin əvvəllərinə kimi mövcud olmuşdur. Şabran YUNESKO tərəfindən dünyanın ən qədim şəhərli siyahısına salınmışdır.
" Nabran:Bir tərəfi dəniz, digər tərəfi isə sıx meşə ilə əhatələnmiş bu gözəl ərazi turistlərin sevimli istirahət yeridir.
Qədim şəhər- Şabran
|
Dənizkənarı
|
Xəzərin dalğaları
|
| |
|