9. Bakı - Şabran - Quba - Qəçrəş:
Turun növü: tarixi, ekoloji.
Proqram:
I Gün:
Günün birinci yarısı: Bakıdan çıxış; Qədim Şabran şəhərinin qalıqlarına
baxış; Qəçrəş istirahət zonasına gəliş və oteldə yerləşmə; nahar yeməyi.
Günün ikinci yarısı: azad vaxt (təbiət qoynunda istirahət); şam yeməyi.
II Gün:
Günün birinci yarısı: səhər yeməyi; ərazidə ekskursiya; nahar yeməyi;
Quba şəhərinə gəliş və ekskursiya; Bakıya qayıdış.
Görməli yerlər:
" Şabran: Tarixi mənbələrdə Şabran şəhərinin əsasının V əsrdə qoyulduğu göstərilir. Mühüm ticarət-karvan yolu üzərində yerləşən Şabran ipək ticarəti mərkəzlərindən idi. Orta əsr- lərdə böyük zərbxanalardan biri də Şabranda idi. Şabranda İX əsrə aid kanalizasiya sistemi aşkar edilmişdir. Liman şəhəri kimi məşhur olan bu şəhərdə həm də olduqca qiy- mətli çəltik növləri yetişdirilirdi. Şəhər XVIII əsrin əvvəl- lərinə kimi mövcud olmuşdur. Şabran YUNESKO tərəfin- dən dünyanın ən qədim şəhərli siyahısına salınmışdır.
" Quba: Quba rayonu ərazisində olduğunuzu saf havasından biləcəksiniz. Rayona yaxınlaşarkən, qarşıda sol tərəfdə yaşıl örtüklü əsrarəngiz dağların arasından Qafqaz dağları- nın ən uca zirvələrindən olan və hər zaman qarla örtülmüş Şahdağ zirvəsi görünür. Quba əsrarəngiz təbiəti, qonaqpər- vərliyi, ətirli alması və gözəl xalçaları ilə məşhurdur. Qədim- lərdə rayonun ərazisi Qafqaz Albaniyasının tərkibində olan Çola vilayətinə daxil idi. 18-ci əsrdə mərkəzi Xudat qalası olan Quba xanlığı yaranır. Sonradan Hüseyn Əli xan mərkəzi Quba şəhərinə keçirir və burada qala divarları ucaldır. Bir zaman burada olmuş məşhur fransız yazıçısı Aleksandr Düma rayon haqqında xoş xatirələr qoymuşdur. Qubanın Çiçi və Ağgül adlı xalçaları bütün dünyada məşhurdur. Ra- yonun ərazisində unikallığı ilə seçilən Şahdağ etnik qrupu yerləşir. Bu qrupa xınalıqlılar, buduqlular və qrızlar aiddir.
" Qəçreş:Təbiət qoynunda istirahət həvəskarları üçün əsil cən- nətdir. Qudyalçayın kənarında, sıx meşə ilə örtülmüş dağ ətəyi ərazidə yerləşən Qəçrəş kəndi turistlərin sevimli isti- rahət yeridir. Hətta yayın ən isti vaxtında bələ burada sərin və saf hava olur. Burada bir çox istirahət mərkəzi, restoran və çayxanalar yerləşir.
Qədim Şabran şəhəri
|
Quba.Qırmızı qəsəbə
|
Şahdağ
|
| |
|