3. Bakı - Şamaxı - Qax - İlisu:
Turun növü: tarixi, ekoloji, etnoqrafik
Proqram:
1-ci gün:
Bakıdan çıxış; Şamaxı şəhərinə gəliş, Cümə məscidinə baxış (şəhər haqqında
tarixi məlumat); Qəbələyə gəliş və nahar yeməyi; İlisuya gəliş və oteldə
yerləşmə; Azad vaxt; Şam yeməyi.
2-ci gün:
Səhər yeməyi; İlisuda ekskursiya (tarixi yerlər və əsrarəngiz təbiət guşələri);
nahar yeməyi; Bakıya qayıdış.
Görməli yerlər:
" Şamaxı:Yaşı üç min ildən artıq olan bu şəhər hələ qədim dövrlərdən şərqin ən böyük şəhərlərindən olmuşdur. Orta əsrlər dövründə Azərbaycanın paytaxtı, qədim ipəkçilik, xalçaçılıq mərkəzi və İpək Yolu üzərində yerləşən əsas ticarət mərkəz- lərindən biri olmuşdur Şamaxı. Qafqazda qədimliyinə görə ikinci olan cümə məscidi, "Yeddi kümbəz", Gülüstan və Qaley Buğurd qalaları maraqlı obyektlərdir. Şamaxı ipəyi bütün dünya- da məşhur olmuşdur.
" Qax:Azərbaycanın ən gözəl təbiət guşələrindəndir bu rayo- nun ərazisi. Böyük Qafqaz dağlarının meşə ilə örtülmüş ətə- yində yerləşən bu şəhərin adı tərcümədə "qala" deməkdir. Buranın saf havası, gözəl çayları və özünəməxsus mədə- niyyəti var.
" İlisu::İlisu qəsəbəsi Qax şəhərində 12 km aralı, dəniz səviy- yəsindən 1400 metr hündürlükdə yerləşir. İki əsr əvvəl İlisu eyni adlı sultanlığın mərkəzi olmuşdur. Bura təbiət həvəs- karları üçün əsil cənnətdir. Gözəl çaylar, dağ şəlaləsi, ətirli meşə və dağlar buranın əsas gözəlliyidir. Memarlıq abidələ- rindən orta əsrlərin yadigarı olan Sumux qalası və Ulu körpü maraqlı obyektlərdir.
Şamaxı.Yeddi Günbəz
|
Qaxda qədim körpü
|
İlisuda pansionat
|
| |
|