6. Bakı - Masallı - İsti Su - Tək Dam - Lənkəran - Hirkan Qoruğu - Xanbulan :
Turun növü: tarixi, ekoloji, etnoqrafik.
Proqram:
1-ci gün:
Bakıdan çıxış; Masallıya gəliş oteldə yerləşmə; nahar yeməyi;
İsti Su sanatoriyasına və Tək Dam şəlaləsinə tur; şam yeməyi.
2-ci gün:
Səhər yeməyi; Lənkərana tur; Hirkan Qoruğunda ekskursiya
və Xanbulana; nahar yeməyi; Bakıya qayıdış.
Görməli yerlər:
" Masallı:Azərbaycanın cənub rayonlarından olan Masallı bir tərəfdən Xəzər dənizi ilə, digər tərəfdən isə Talış dağları ilə əhatə olunub. İqlimi subtropikdir. Qədim dövrdə rayonun əra zisi Manna və Atropatena dövlətlərinin tərkibində olmuşdur. Rayonun ərazisində Qəriblər kəndi, Viləş çayı və Viləş gölü olduqca gözəl təbiət guşələridir. Bu ərazidə müalicəvi kükürd lü vannaları ilə məşhur olan İsti Su sanatoriyası yerləşir. Ra yonun bəzi yerlərində etnik talışlar yaşayırlar. Burada olduqca dadlı "ləvəngi" yeməyini dadmağı və "həsir" (qəmişdən toxun muş örtüklər) almağı unutmayın. Ərkivan kəndində saxsı qab lar, Türkoba kəndində isə gözəl baş örtükləri hazırlayan sənət karlar var. Şəhərdən 25 km aralı, Yardımlı rayonunun ərazisin də turistlərin sevimli yeri olan Tək Dam şəlaləsi yerləşir.
" Lənkəran:Gözəl təbiəti və özünəməxsus adət-ənənələri ilə məşhur olan bu rayon Masallıdan cənubda Xəzər dənizinin sahilində yerləşir. Lənkəran 18-ci əsrdə yaradılmış Lənkəran xanlığının mərkəzi olmuşdur. Subtropik iqlimi olan bu rayonda limon, mandarin, kivi, portağal kimi meyvələr yetişdirilir. Bü tün il boyu bura yaşıl olur. Rayonun ərazində məşhur Hirkan qoruğu yerləşir. Hirkan qoruğunda dünyada məşhur olan relikt və endemik ağaclar bitir. Dəmir ağacı, azat, ipəkli akasiya, məxməri tozağacı, evkalipt, hirkan samşiti buranın yaraşığıdır. Qoruqdan bir qədər aralı Xanbulançay su anbarı və ecazkar gözəlliyə malik Xanbulançay gölü yerləşir.
Lənkəran.Xanbulançay
|
Masallı rayonu.Viləş
|
Tək dam şəlaləsi
|
| |
|