|
AZƏRBAYCAN HAQQINDA
Qədim Azərbaycan torpağına xoş gəlmişsiniz. Azərbaycan qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olan ölkədir. Diyarın əlverişli coğrafi yerləşməsi və təbii zənginliyi buranı ilk insan məskənlərindən birinə çevirmiş, müxtəlif tayfaları və etnosları bura cəlb etmişdir. Təsadüfi deyil ki, dünya arxeologiya məktəbinin mərkəzi sayılan Fransa Arxeologiya Akademiyasının tərtib etdiyi xəritədə Azərbaycanın ərazisi “Bəşəriyyətin Laylası” adı ilə işarələnmişdir. Tarixçilər bu diyarı “Şərqlə Qərb arasında Qızıl Körpü” adlandırmışdılar. Zərdüştlük dininin vətəni, Qafqazda xristianlığın ilkin mərkəzi, 7-ci əsrdən başlayaraq isə islam dininin möhkəmləndiyi ərazi və, eyni zamanda dünyanın ən tolerant regionlarından biri olmuşdur Azərbaycan.
BAKI
TARİX
COĞRAFİYA
ƏHALİ
DÖVLƏT
DİN
ƏDƏBİYYAT
FOLKLOR
MUSİQİ
|